Artıq Türk Dövlətləri Təşkilatında təmsil olunan bir KKTC var
BAYRAQDAR MEDİA – Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan Kıbrıs Barış Hərəkatının 51-ci ildönümü münasibətilə Kuzey Kıbrıs Türk Cümhuriyyətinə (KKTC) etdiyi səfər zamanı maraql fikirlər səsləndirib. Türkiyənin dövlət başçısı Kıbrıs türklərinin sülh və azadlığa qovuşmasından böyük məmnunluq duyduğunu bildirib.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Məlumata görə, Dr. Fazıl Küçük Bulvarında təşkil olunan bayramı mərasimində çıxış edən R.T.Erdoğan Kıbrıs türk xalqının var olmaq uğrundakı mübarizəsində şəhid olanlara rəhmət diləyib. O, Türkiyənin ürəyinin Kıbırs türk xalqı ilə birgə döyündüyünü vurğulayıb.
Kıbrıs türklərinin daha 60 il itirəcək vaxtlarının olmadığını qeyd edən R.T.Erdoğan, KKTC Cümhurbaşqanı Ersin Tatarın irəli sürdüyü iki dövlətli həll vizyonunun hər zaman arxasında olduqlarını bildirib. KKTC-nin beynəlxalq aləmdə tanınmasının vacibliyinə diqqət çəkən R.T.Erdoğan deyib: “Beynəlxalq ictimaiyyət KKTC-ni tanımalı, diplomatik, siyasi və iqtisadi əlaqələri dərhal qurmalıdır. Birbaşa uçuşların və ticarətin qarşısı açılmalıdır.”
R.T.Erdoğan, KKTC-nin beynəlxalq aləmdə görünürlüğünün artdığına da diqqət çəkərək bildirib: “Rumlar özlərini adanın tək sahibi və hakimi kimi göstərməyə çalışsalar da, artıq Türk Dövlətləri Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında təmsil olunan bir KKTC var.”





