Press "Enter" to skip to content

Xüsusi qayğıya ehtiyacı olan uşaqların Suraxanı Gəmi Muzeyinə ekskursiyası

Xüsusi qayğıya ehtiyacı olan uşaqların Suraxanı Gəmi Muzeyinə ekskursiyası

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) müvafiq müəssisəsində yaşayan yetkinlik yaşına çatmayan bir qrup benefisiar üçün Suraxanı Gəmi Muzeyinə ekskursiya təşkil olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “ekskursiya zamanı uşaqlar Azərbaycan neft sənayesinin tarixi, xüsusilə də dənizdə neft hasilatının inkişaf mərhələləri ilə tanış olublar. Bələdçi onlara “Suraxanı” tankerinin tarixçəsi və bu gəminin dənizçilik sahəsindəki rolu barədə ətraflı məlumat verib. Uşaqlar muzeyin interaktiv guşələrində müxtəlif maraqlı fəaliyyətlərdə iştirak edib, maketlər vasitəsilə gəmi quruculuğu və dənizçilik haqqında əyani biliklər əldə ediblər”.

Tədbirin məqsədi uşaqların asudə vaxtının səmərəli təşkili, dünyagörüşlərinin genişləndirilməsi, həmçinin əyləncəli və faydalı gün keçirmələrinə şərait yaratmaq olub.

Mission News Theme by Compete Themes.