Press "Enter" to skip to content

ABADA beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir

Kənan Qurbanov

BAYRAQDAR MEDİA – “ABADA-nın fəaliyyətinin əsas istiqamətindən biri də beynəlxalq avtomobil daşımaları sahəsində sürücü və operatorların hazırlıq və əlavə hazırlıqlarının təşkili, onlara Peşəkarlıq Səriştəsi Sertifikatının, eyni zamanda təhlükəli yüklərin daşınması üçün sürücülərə aidiyyəti tədrisin keçirilməsi və ADR Sertifikatının verilməsidir”.

Bunu 2025-ci ilin 6 ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan tədbirdə çıxışı zamanı Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) Baş katibi Kənan Qurbanov dedi.

O, qeyd etdi ki, 2025-ci ilin 6 ay ərzində 159 nəfər sürücüyə, 41 nəfər menecerə SPS Şəhadətnaməsi, 215 nəfər sürücüyə ADR Şəhadətnaməsi verilib: “Hazırda, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən imtahanların keçirilməsi müddətinin 3 aydan 1 aya azaldılması və test suallarının sadələşdirilməsi üçün tədbirlər həyata keçirilir. ABADA Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, xarici ölkələrin beynəlxalq avtomobil daşıyıcıları Assosiasiyaları, İRU, Qara Dəniz İqtisadi Əməkdaşlıq (QDİƏT) təçkilatına üzv ölkələrin Assosiasiyaları Federasiyası (BSEC-URTA) Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Assosiasiyalarının Birliyi (OTS-URTA) və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir”.

Baş katib əalvə etdi ki, ABADA ilə Dövlət Gömrük Komitəsinin əməkdaşları arasında işçi qaydada görüşlər keçirilir, avtodaşıyıcıların sərhəd-keçid prosesində rastlaşdıqları problemlər müzakirə olunur, keçidlərin sadələşdirilməsi məqsədi ilə, yeni rəqəmsal texnologiyaların tətbiqi üçün təkliflər verilir: “Son görüşlərin əsas mövzuları, elektron əmtəə-nəqliyat qaiməsinin (e-CMR) və elektron TIR kitabçalarının (e-TIR) tətbiqi, eyni zamanda Beynəlxalq Yük Daşımaları kitabçasının (BYD) rəqəmsallaşdırılması, eləcə də NGTS platforması üzərindən T1 təminat sənədinin istifadəsi imknlarının araşdırılması, Orta dəhlizin cəlbediciliyi və inkişafı üçün daşıma sənədlərinin elektron tətbiqi və digər təkliflərin müzakirəsi olub. ABADA Azərbaycan Respublikası və Xəzər dənizi regionunda nəqliyyat və logistikanın inkişafı üçün hazırlanan ləyihələrin həyata keçirilməsi istiqamətində təqdim edilən bütün təşəbbüsləri dəstəkləyir, daşıyıcılarımızın fəaliyyətinin yaxşılaşdırılması üçün zəruri tədbirləri bundan sonra da davam etdirəcəkdir”.

Mission News Theme by Compete Themes.