BAYRAQDAR MEDİA – Bakı Dövlət Universiteti (BDU) iyulun 28-dən avqustun 8-dək abituriyentlər üçün “Açıq qapı” günü elan edir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “”BDU könüllüləri” təşkilatının təşkilatçılığı ilə keçiriləcək “Açıq qapı” günü çərçivəsində BDU-nun fakültə və ixtisasları haqqında ətraflı məlumat veriləcək, beynəlxalq əlaqələri, əməkdaşlıq imkanları, tələbə həyatı və sosial mühitlə bağlı məlumatlandırıcı infosessiya, tədris və elmi infrastrukturla tanışlıq turu, əlavə sualları cavablandırmaq üçün sual-cavab sessiyası təşkil olunacaq”.
Qeydiyyat üçün linkdən istifadə etmək lazımdır.





