Press "Enter" to skip to content

Ceyhun Bayramov Corc Diki qəbul edib

Görüş zamanı

BAYRAQDAR MEDİA – İyulun 23-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrail Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Diki ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Bu barədə XİN-in məlumatında qeyd edilib.

Bildirilib ki, “nazir Ceyhun Bayramov ölkəmizdə səmərəli diplomatik fəaliyyətinə görə səfir Corc Dikə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə regional vəziyyət müzakirə olunub”.

Məlumata görə, iki ölkə arasında siyasi, iqtisadiyyat, ticarət, energetika, investisiyalar, humanitar sahələrdə əməkdaşlıq təqdir edilib, əlaqələrin geniş inkişaf perspektivlərinə malik olduğu vurğulanıb: “Yaxın Şərq regionunda gərgin vəziyyətin ciddi narahatlıq doğurduğu, ölkəmizin sülh və sabitliyin bərqərar edilməsini dəstəklədiyi və bu prosesə töhfə verməyə hər zaman hazır olduğu qeyd edilib. Səfir Corc Dik 6 il müddətində İsrailin Azərbaycanda səfiri kimi fəaliyyətini hər zaman xatırlayacağını vurğulayaraq, ona fəaliyyətində göstərilən dəstəyə görə təşəkkür edib”.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.