BAYRAQDAR MEDİA – Azərbaycan daşıyıcıları xarici ölkələrdə bir çox maneələrlə qarşılaşırlar”.
Bunu jurnalistlərlə görüşdə ABADA-nın Baş katibi Kənan Qurbanov bildirdi.
O qeyd etdi ki, buna görə ABADA hazırda 80 ölkənin birliyi ilə əməkdaşlıq edir və daşıyıcılarımız orada problemlə üzləşən zaman dərhal ordakı assosiasiyalara müraciət edirlər: “Ən çox problemlər əsasən Avropa ölkələrində yaranır. Ən böyük problemlər də avtomobillərin texniki məsələləri ilə bağlı olur”.
Daşımaların dövriyyəsinin artdığını deyən ABADA-nın Baş katibi bildirdi ki, buna səbəb Çinlə vizanın aradan qaldırılmasıdır: “Çinlə viza aradan qalxandan sonra dövriyyə daha artdı. Əvvəl viza olanda bizim daşıyıcıların ora getməsi, yük daşıması çətin idi. İndi isə bu maneələr aradan qalxıb”.





