Press "Enter" to skip to content

Güney Azərbaycandan fars-molla rejiminə sərt münasibət

Təbriz şəhəri

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi Azərbaycan Respublikasına qarşı İran fars-molla rejiminin təxribatları ilə bağlı Bəyanat yayıb.

BAYRAQDAR MEDİA sözügedən Bəyanatı təqdim edir:

Son vaxtlarda İran fars molla rejiminin Azərbaycana qarşı mediadan və xüsusilə də İran adlanan ölkənin parlamentindən səsləndirdiyi təhdid və ittihamların intensivləşməsi molla rejiminin qərəzli siyasətinin planlı və sistematik xarakter daşıdığını göstərir və bu, Güney Azərbaycanda ciddi narahatlıq doğurur.

Fars-molla rejiminin İsrailə məxsus PUA-ların guya Azərbaycan ərazisindən İrana yönləndirildiyi barədə səsləndirdiyi əsassız iddiaları beynəlxalq hüquq normalarına zidd olmaqla yanaşı Azərbaycanın bu məsələdə şəffaf və rəsmi mövqeyinin bilərəkdən təhrif olunmasına yönəlib.

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) olaraq bildiririk ki, İran fars-molla rejiminin bu əsassız iddiaları regional sabitliyi təhdid etməklə bərabər Quzey və Güney Azərbaycan arasında nifaq toxumu səpmək məqsədi daşıyır.

Biz, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) olaraq İran fars-molla rejimindən regionda sabitliyin təminatçısı olan Azərbaycan dövlətinə qarşı apardığı əsassız iddialarına son qoymasını tələb edir və bəyan edirik ki, Azərbaycan dövlətinin təhlükəsizliyi və suverenliyinə yönəlmiş hər hansı təhdid qarşısında Azərbaycan türk milləti bir yumruq kimi birləşəcək, Azərbaycan dövlətinin yanında dayanacaq və fars-molla rejiminin bütün təxribatçı siyasətlərinə qarşı prinsipial və sarsılmaz mövqe sərgiləyəcək.

Mission News Theme by Compete Themes.