Press "Enter" to skip to content

İki orqanında törəmə aşkarlanan şəxs əməliyyat edilib

İki orqanında törəmə aşkarlanan şəxs əməliyyat edilib

BAYRAQDAR MEDİA – 14.07.2025-ci il tarixində 53 yaşlı şəxs (kişi cinsli) ürəkbulanma, qanqusma şikayəti ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya KTM-nin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “xəstə üzərində zəruri müayinələr aparılıb və təcili cərrahi əməliyyata göstəriş olub. Pasiyentdə aparılan müayinələr zamanı onikibarmaq bağırsağa invaziya edən qanayan törəmə, qaraciyərin beşinci seqmentində təxminən 5×4 sm ölçülü və kolonun qaraciyər fleksurasında yerləşən, qaraciyərin V seqmentinə invaziya edən törəmə həmçinin treitz bağından 60 sm məsafədə əlavə törəmə aşkarlanıb”.

Sonra xəbərdə, “xəstəyə sitoreduktiv məqsədlə bir neçə kombinə olunmuş əməliyyat, Whipple proseduru (pankreatoduodenal rezeksiyası), seqmentektomiya (qaraciyərin bir seqmentinin çıxarılması), sağ hemikolektomiya (yoğun bağırsağın bir hissəsinin çıxarılması), nazik bağırsağın seqmentar rezeksiyası (nazik bağırsağın bir hissəsinin çıxarılması) və xolesistektomiya (öd kisəsinin çıxarılması) icra edilib. KTM-nin Ümumi cərrahiyyə şöbəsinin müdiri, həkim ümumi cərrah Nazim Həsənov, həkim cərrah Leyla Allahverdiyeva və həkim-rezident Ağanur Cavadovun iştirakı ilə keçirilən əməliyyat uğurla yekunlaşıb” deyə qeyd olunur.

Hazırda xəstənin vəziyyəti kafidir, müayinələrdən sonra ambulator müalicə üçün evə buraxılacaq.

Mission News Theme by Compete Themes.