Zəngəzur dəhlizi açıldıqdan sonra
BAYRAQDAR MEDİA – Zəngəzur dəhlizi açıldıqdan sonra nəqliyyat və logistika sahəsində fəaliyyət göstərən şirkətlərin xərclərinin azalacağı gözlənilir.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) Baş katibi Kənan Qurbanov bildirdi.
O, qeyd etdi ki, bu dəhlizin istifadəyə verilməsi yüklərin daha tez daşınmasına imkan yaradacaq: “Məsafənin azalması nəqliyyat xərclərinə birbaşa təsir göstərəcək və bu da öz növbəsində daşıma tariflərinin aşağı düşməsinə şərait yaradacaq”.
Bildirildi ki, Zəngəzur dəhlizi tranzit imkanlarını artıraraq, regional ticarət əlaqələrinin daha da genişlənməsinə imkan yaradacaq.



