BAYRAQDAR MEDİA – Ahmet Doğan özünün Facebook səhifəsində paylaşdığı bəyanatla yeni siyasi layihə reallaşdıracağını xəbər verib.
Radio Bolqarıstanın məlumatına görə, o bildirib ki, bu yeni siyasi təşəbbüs DPS-nin (Hərəkətlər və Hüquqlar Partiyası) tarixi missiyasının – azlıqların və bütün Bolqarıstan vətəndaşlarının hüquqlarını qorumaq, real siyasətdə iştirak etmək, etnik barışı və Bolqarıstanın dövlət suverenliyini təmin etmək – davamı olacaq.
DPS-nin keçmiş fəxri sədri olan A.Doğan, üç ay ərzində yeni siyasi təşəbbüsün formalaşdırılması üçün bir neçə Mərkəzi Şura keçiriləcəyini bildirib. Bu dövrdə partiyanın rəhbərliyi Avropa Parlamentinin deputatı İlhan Küçükün rəhbərlik etdiyi və A.Doğana bağlı olan Başqanlıq Şurası tərəfindən icra olunacaq.





