BAYRAQDAR MEDİA – 2025-ci ilin ikitərəfli əməkdaşlıq planına əsasən, Azərbaycan və Bolqarıstan Hərbi Hava Qüvvələrinin (HHQ) nümayəndələrinin iştirakı ilə “Aviasiya vasitələrinə texniki qulluq” mövzusunda ekspert görüşü keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə diqqətə çatdırılır ki, “görüşdə qonaqlara aviasiya təhlükəsizliyi mövzusunda brifinq təqdim olunduqdan sonra geniş müzakirələr aparılıb, həmçinin qarşılıqlı maraq doğuran suallar cavablandırılıb. Ekspert görüşü zamanı qarşılıqlı təcrübə mübadiləsi məqsədilə bu cür tədbirlərin keçirilməsinin vacibliyi diqqətə çatdırılıb, eləcə də bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb”.





