BAYRAQDAR MEDİA – Misilsiz zəfər nəticəsində işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın genişmiqyaslı şəkildə aparıldığı rayonlardan biri məhz Laçındır. 44 günlük Vətən müharibəsində əldə edilən tarixi qələbədən sonra sürətli şəkildə aparılan bərpa quruculuq işləri Laçının gözəlliyinə gözəllik qatıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən (QMKİDK) daxil olub.
Xəbərdə deyilir ki, “azad Laçın, doğma sakinləri ilə birlikdə xoş günlərini yaşayır. Laçında yaradılan yeni iş imkanları – kənd təsərrüfatı, xidmət sahələri, turizm və tikinti sektoru əhalinin sosial rifahını gücləndirir”.
QMKİDK Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində hazırlanan Laçın şəhərinin görüntülərini şərhsiz təqdim edib:





