Press "Enter" to skip to content

CASCFEN sədri KKTC-nin Bakdakı nümayəndəliyində olub

Görüş zamanı

BAYRAQDAR MEDİA – “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) sədri Nadir Azəri Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Arca Turganeri ziyarət edib.

Bu barədə CASCFEN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ziyarət zamanı Nadir Azəri iyulun 9-da KKTC-də Prezident Sarayında keçirilən “Bizim ailəmiz türk dünyasıdır” adılı konfrans barədə ətraflı məlumat verib.

CASCFEN sədri deyib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” adlı layihə çərçivəsində reallaşan konfransa KKTC-də böyük diqqət və dəstək göstərilib. Məhz bu diqqətin nəticəsidir ki, konfrans Prezident Sarayında keçirilb və Cümhurbaşqanı Ersin Tatar konfransda şəxsən çıxış edib.

Görüşdə Nadir Azəri Ufuk Arca Turganerə konfrans öncəsi CASCFEN-ə göstərdiyi diqqətə və dəstəyə görə minnətdarlıq edib.

Nadir Azəri, həmçinin layihə üzərə yekun tədbirin sentyabr ayında Bakıda keçiriləcəyini deyib və Ufuk Arca Turganeri həmin tədbirə dəvət edib.

Ufuk Arca Turganeri isə öz növbəsində bu cür tədbirlərin iki qardaş ölkə arasında bağların daha da gücləndrilməsinə dəstək olduğunu deyib. O, bu cür tədbrilərin davamlı olmasını arzulayıb.

Görüşdə KKTC-nin Bakıdakı nümayəndəliyinin müşaviri Ulaş Kıvılcım da iştirak edib.

Mission News Theme by Compete Themes.