Press "Enter" to skip to content

Eskişehirdən acı xəbər: 10 meşə işçisi şəhid olub

Yanğın

BAYRAQDAR MEDİA – Eskişehirin Seyitgazi rayonunda baş verən meşə yanğınının söndürülməsi zamanı alovların arasında qalan 10 meşə işçisi və vətəndaş cəmiyyətinin könüllüsü şəhid olub.

Bu barədə sakaryagazetesi.com.tr saytı məlumat yayıb.

Məlumaat görə, acı xəbəri AK Partinin Eskişehir millət vəkili Nebi Hatipoğlu sosial media hesabında paylaşıb. N.Hatipoğlu paylaşımında bildirib: “Üzüntümüzü ifadə etməyə söz tapmaq mümkün deyil. Seyitgazidə baş verən meşə yanğınında alovlarla mübarizə apararkən şəhid olan 11 qəhrəman meşə əməkdaşımızı itirməyin dərin kədərini yaşayırıq. Vətən torpağını, meşələrimizi qorumaq naminə canından keçən bu fədakar qardaşlarımıza Allahdan rəhmət, ailələrinə səbir və başsağlığı diləyirəm”.

Öz növbəsində Cümhurbaşqanı Recep Tayyip Erdoğan faciə ilə bağlı başsağlığı mesajı yayımlayıb. Mesajda deyilir: “Eskişehirdə baş verən meşə yanğınını söndürməyə çalışarkən 5 meşə əməkdaşımızın və 5 AKUT könüllüsü qardaşımızın şəhid olduğunu böyük bir kədərlə öyrəndim. Meşələrimizi qorumaq üçün canlarını fəda edən qardaşlarımıza Allahdan rəhmət, ailələrinə və millətimizə başsağlığı diləyirəm”.

Mission News Theme by Compete Themes.