Press "Enter" to skip to content

“IDEF 2025”-də imzalanma mərasimi 

Mərasim zamanı

BAYRAQDAR MEDİA – Türkiyədə səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti “IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “Azərbaycan nümayəndə heyəti beynəlxalq sərgidə nümayiş etdirilən dünya üzrə müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirib, onların rəhbər heyəti ilə görüşüb. Keçirilən görüşlər zamanı hərbi-texniki sahədə əməkdaşlığın müxtəlif aspektləri, inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb”.

Məlumata görə, sərgi çərçivəsində Azərbaycanın müdafiə nazirinin müavini – Baş direktor cənab Aqil Qurbanov, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən MİRAS Hərbi-Sənaye Şirkəti MMC və Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC nümayəndələrinin iştirakı ilə bir sıra müqavilələr imzalanıb.

Mission News Theme by Compete Themes.