Press "Enter" to skip to content

İlham Əliyev qardaş ölkə başçısına zəng etdi

Ş.Mirziyoyev və İ.Əliyev

BAYRAQDAR MEDİA – İyulun 24-də Azərbaycan Prezidenti İlham Əliyev qardaş Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə zəng edib.

Xəbəri Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.

Xəbərə əsasən, “dövlət başçısı Şavkat Mirziyoyevi ad günü münasibətilə təbrik edib, ona cansağlığı və fəaliyyətində yeni uğurlar arzulayıb. Özbəkistan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib”.

Xəbərdə bildirilib ki, “Azərbaycan və Özbəkistan prezidentləri yüksəksəviyyəli qarşılıqlı səfərlərin iki ölkə arasındakı əlaqələrin inkişafında roluna toxunublar. Bu xüsusda iyulun əvvəlində Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri çərçivəsində aparılmış səmərəli müzakirələr və imzalanmış sənədlər, həmçinin Özbəkistan Prezidentinin İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilən Zirvə toplantısında iştirakı qeyd edilib. Dövlət başçıları Azərbaycanla Özbəkistan arasında qardaşlıq, dostluq və müttəfiqlik əlaqələrinin gələcəkdə də bütün sahələrdə uğurlu inkişafına əminliklərini bildirib, ikitərəfli gündəliklə bağlı əməkdaşlığın perspektivlərini müzakirə ediblər”.

Mission News Theme by Compete Themes.