BAYRAQDAR MEDİA – Kərkük Universiteti ilə Anadolu Universiteti arasında akademik əməkdaşlıq razılaşmaları imzalanıb.
Bu barədə Türkmeneli TV məlumat yayıb.
Bildirilib ki, “Anadolu Universitetinin rektoru professor Yusuf Adıgüzel onu müşayiət edən heyətlə birlikdə Kərkük şəhərinə səfər edib. Y.Adıgüzel, Kərkük Universitetinin rektoru Ümran Cemal ilə görüşdüklərini və iki universitet arasında mühüm akademik əməkdaşlıqlar üçün qarşılıqlı anlaşma sənədləri imzaladıqlarını bildirib. Bu razılaşmalar çərçivəsində müəllim və tələbə mübadiləsi aparılacaq”.
Məlumata görə, rektor Y.Adıgüzel bu protokollar sayəsində Kərkükdən Türkiyəyə və Türkiyədən Kərkükə tələbə axınının təmin ediləcəyini deyib.





