Press "Enter" to skip to content

Şəmil Sadiq “Füyuzat” jurnalının qonağı olub

Görüş zamanı

BAYRAQDAR MEDİA – Hədəf Şirkətlər Qrupunun qurucusu və baş direktoru Şəmil Sadiq “Füyuzat” jurnalının qonağı olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya redaksiyadan məlumat verilib.

Bildirilib ki, “MİMTA Yayımlarının direktoru Əsəd Aslanoğlu, “Füyuzat” jurnalının məsul redaktoru Samir Ramizoğlu və Əməkdar jurnalist, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir Azəri Şəmil Sadiqlə görüş keçirib. Görüş zamanı Azərbaycan mətbuatının 150 illiyi ərəfəsində MİMTA Yayımlarının bp şirkətinin dəstəyi ilə nəşr etdiyi “Dirilik” məcmuəsinin transliterasiya edilmiş toplusunun hazırlanmasından və bunun Azərbaycan mətbuatının tədqiqi baxımından əhəmiyyətindən danışılıb”.

Qeyd edək ki, görüş zamanı qonağa 1914–1916-cı illərdə nəşr olunan “Dirilik” məcmuəsinin transliterasiya edilmiş toplusu hədiyyə olunub.

Sonda Şəmil Sadiq MİMTA Fonduna, MİMTA Yayımları, eləcə də “Füyuzat” və “İşıq” jurnallarına uğurlar arzu edib.

Mission News Theme by Compete Themes.