Press "Enter" to skip to content

AB türk vətəndaşları üçün Şengen vizası qaydalarını asanlaşdırıb

BAYRAQDAR MEDİA– Avropa Birliyi (AB), türk vətəndaşlarına Şengen vizası verilməsi ilə bağlı daha əlverişli qaydalar tətbiq edib. Bu dəyişiklik sayəsində Şengen zonasında səyahət etmək asanlaşacaq və AB ilə Türkiyə arasında turizm, mədəniyyət və ticarət sahələrində əlaqələrin inkişafına töhfə veriləcək.

Bu barədə Radio Bolqarıstan məlumat yayıb.

Məlumata görə, 2025-ci il 15 iyul tarixində qəbul edilən yeni qaydalara əsasən, mütəmadi və qanuni səyahət tarixçəsi olan türk vətəndaşlarına daha uzunmüddətli və çox girişli vizaların mərhələli şəkildə verilməsi mümkün olacaq: “Yeni “mərhələli” viza rejimi çərçivəsində, bir dəfəlik səyahət üçün qısa müddətli Şengen vizası almış Türk vətəndaşlarına altı aylıq və bir illik çox girişli vizalar veriləcək. Vizadan mütəmadi istifadə və pasportun uzunmüddətli etibarlılığı şərtilə, vətəndaşlar ardıcıl olaraq 3 və 5 illik vizalara da müraciət edə biləcəklər. Bu da səyahət edənlər üçün asanlıq yaradacaq və Aİ-də yaşayan vətəndaşlarla viza xidməti orqanlarının üzərindəki inzibati yükü azaldacaq”.

Bolqarıstanın turizm naziri Miroslav Borşoş bu qərarı regional əlaqələrin gücləndirilməsi və Bolqarıstana turist axınının asanlaşdırılması baxımından önəmli bir addım kimi dəyərləndirib.

Mission News Theme by Compete Themes.