Press "Enter" to skip to content

“Böyük Qayıdış”a sağlamlıq dəstəyi

“Böyük Qayıdış”a sağlamlıq dəstəyi

BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyi (SN) işğaldan azad olunmuş ərazilərdə “Böyük Qayıdış” Proqramı çərçivəsində kompleks tibbi müayinələr və sağlam həyat tərzinin təşviqinə dair maarifləndirici tədbirləri davam etdirir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “növbəti belə aksiya bugün Füzuli şəhərində keçirilib. SN-intəşkilatçılığı ilə akademik M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin (ECM) həkim briqadası yerli əhali və bölgədə fəaliyyət göstərən mütəxəssislər üçün tibbi müayinələr və konsultasiyalar təşkil edib. Aksiyanın əsas məqsədi müxtəlif cərrahi və terapevtik patologiyaların erkən aşkarlanması, profilaktik tədbirlərin aparılması və vətəndaşlara konsultativ tibbi xidmətlərin göstərilməsi olub”.

Sonra xəbərdə, “cərrah qastroenteroloqlar, damar və endokrin cərrahı, kardiocərrah, terapevt qastroenteroloq, nefroloq və digər ixtisaslı mütəxəssislərin yer aldığı tibb heyəti tərəfindən əhaliyə tibbi baxış keçirilib, elektrokardioqrafiya (EKQ) və digər diaqnostik müayinələr aparılıb. Ümumilikdə, aksiya müddətində 170 nəfərə yaxın vətəndaş tibbi müayinədən keçib” deyə bildirilir.

Qeyd edək ki, SN tərəfindən “Böyük Qayıdış”a dəstək məqsədilə digər azad olunmuş bölgələrdə də bu qəbildən olan tibbi və maarifləndirici tədbirlərin təşkili davam etdirilir.

Mission News Theme by Compete Themes.