BAYRAQDAR MEDİA – İzmir şəhərində şagirdlər yalnız imtahan günlərində deyil, seçim (tercih) dövründə də tək deyillər. Böyükşəhər Bələdiyyəsinin İmtahan Dəstək Mərkəzi qərar vermək ərəfəsində olan gənclərə yol xəritəsi təqdim edir.
Bu barədə sonmuhur.com saytı məlumat yayıb.
Məlumata görə, İzmir Böyükşəhər Bələdiyyəsi LGS və YKS imtahanlarına daxil olan şagirdlər üçün seçim mərhələsində pulsuz məsləhət xidməti göstərir: “Konak bölgəsində yerləşən İmtahan Dəstək Mərkəzində çalışan peşəkar məsləhətçilər, şagirdlərlə fərdi görüşlər keçirərək onların nəticələrinə və məqsədlərinə uyğun məktəb və fakültə seçimində onlara kömək edirlər. Həm imtahana hazırlıq dövründə, həm də seçim mərhələsində faydalı olan bu mərkəz şagirdlər və valideynlər tərəfindən böyük maraqla qarşılanır”.





