BAYRAQDAR MEDİA – Türkiyə xəzinə və maliyyə naziri Mehmet Şimşek, ölkənin Kars-İğdır-Aralık-Dilucu Dəmir Yolu Layihəsi üçün 2,4 milyard avro məbləğində xarici maliyyə vəsaiti təmin edildiyini açıqlayıb.
Bu barədə karsmanset.com saytı məlumat yayıb.
Məlumata görə layihənin məqsədi Türkiyə ilə Naxçıvan arasında birbaşa dəmir yolu bağlantısı yaratmaqla regional ticarət və infrastrukturun gücləndirilməsidir.
Maliyyə vəsaiti Yaponiya MUFG Bankın rəhbərlik etdiyi beynəlxalq konsorsium tərəfindən təmin olunub.





