Nazım Çavuşoğlu: 70 azərbaycanlı gənc KKTC-dəki ali məktəblərdə təqaüdlə təhsil ala biləcək
BAYRAQDAR MEDİA – “Mənimlə birlikdə Doğu Akdeniz Universitetinin və Lefke Avropa Universitetoru rektoru Azərbaycana səfər edib. Burada Azərbaycan Təhsil Nazirliyi ilə əldə edəcəyimiz razılıq əsasında dövlətin müəyyən etdiyi bəlli qisim gənclər KKTC-də təqaüdlə təhsil ala biləcək”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl müsahibəsində Kuzey Kıbrıs Türk Cümhuriyyətinin milli təhsil naziri Nazım Çavuşoğlu deyib. Onun müsahibəni bir qədər sonra təqdim edəcəyik.
Onun sözlərinə görə, bu iki universitetin hər biri 25 azərbaycanlı gəncə təqaüd verməyi qərara alıb: “Biz də KKTC Milli Təhsil Nazirliyi olaraq əlavə 20 azərbaycanlı gəncə təqaüd verməyə qərara aldıq. Yəni ümumilikdə 70 azərbaycanlı gənc növbəti təhsil ilində KKTC-də təqaüdlə ali təhsil ala biləcək. Eyni zamanda Azərbaycan Elm və Təhsil Nazirliyi də bu istiqamətdə müvafiq addımlar atacaq”.
Məlumat üçün bildirək ki, iyulun 24-də elm və təhsil naziri Emin Əmrullayev Azərbaycanda səfərdə olan Kuzey Kıbrıs Türk Cümhuriyyətinin milli təhsil naziri Nazım Çavuşoğlu ilə görüşüb.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, görüş çərçivəsində iki ölkə arasında təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.





