BAYRAQDAR MEDİA – “Bu barədə ciddi düşünürük. Çox yaxın bir gələcəkdə Bakıdakı nümayəndəliyimizə bir təhsil müşaviri təyin etməyi planlaşdırırıq”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl müsahibəsində Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) milli təhsil naziri Nazım Çavuşoğlu deyib. Onun müsahibəsini bir qədər sonra təqdim edəcəyik.
Azərbaycanla KKTC arasında təhsil sahəsində yeni bir dövrün başladığını deyən nazirin sözlərinə görə, bu, yeni hədəflər, yeni imkanlar deməkdir: “Bu baxımdan KKTC-nin Bakıdakı nümayəndəliyində yenidən təhsil müşavirinin təyin olunması gündəmdədir. Hesab edirəm ki, bu addım Azərbaycanla aramızdakı təhsil əməkdaşlığını daha da sürətləndirəcək. Artıq bununla bağlı ilkin hazırlıqlara başlamışıq. Məsələ tezliklə rəsmiləşdirilə bilər”.





