Press "Enter" to skip to content

Tələbələrə müjdə

Prof. Dr. Yusuf Adıgüzel

BAYRAQDAR MEDİA – Eskişehirin köklü təhsil müəssisələrindən biri olan Anadolu Universiteti, Açıq Təhsil Sistemi (AÖF) çərçivəsində təhsil alan milyonlarla tələbənin həyatını asanlaşdıracaq rəqəmsal transformasiya layihəsinə imza atıb.

Bu barədə eskisehir.net saytı məlumat yayıb.

Bildirilib ki, “rektor professor Dr. Yusuf Adıgüzel, 2025-ci ildən etibarən ünvan əsaslı informasiya sistemi üzərindən imtahan mərkəzi təyinatlarının həyata keçiriləcəyini açıqlayıb”.

Rektor deyib ki, əməkdaşlar bu ildən etibarən kim haradadırsa, ünvan əsaslı informasiya sistemi vasitəsilə imtahan yerlərinin təyin olunmasına dair bir sistem hazırlayırlar: “Bunu əvvəllər edə bilmirdik, amma indi bu qabiliyyətə malikik. Hər kəsin ünvanına ən yaxın imtahan salonunda imtahan verməsi ilə bağlı iş aparırıq. Və bu ildən etibarən bunu həyata keçirəcəyik. Beləliklə, informasiya texnologiyaları və süni intellekti digər işlərimizdə olduğu kimi bu sahədə də tətbiq edərək tələbələrin daha rahat şəkildə imtahan mərkəzinə çatmasını təmin edəcəyik.”

Mission News Theme by Compete Themes.