Press "Enter" to skip to content

54 mikro və kiçik sahibkar “Startap” şəhadətnaməsi üçün müraciət edib

KOBİA

BAYRAQDAR MEDİA – 2025-ci ilin yanvar-iyun aylarında 54 mikro və kiçik sahibkar “Startap” şəhadətnaməsi almaq üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edib. Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Startapın müəyyən olunması meyarları”na əsasən Ekspertlər Şurası tərəfindən 27 mikro və kiçik sahibkara “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul olunub.

Bu barədə BAYRAQDAR MEDİA-ya KOBİA-dan məlumat verilib,

Məlumata görə, şəhadətnamə almış sahibkarların 23-ü hüquqi, 4-ü fiziki şəxsdir: “Onlardan 23-ü mikro, 4-ü isə kiçik sahibkarlıq subyektidir. “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin 20-si Bakı şəhərində, 7-si isə regionlarda fəaliyyət göstərir. Şəhadətnamə almış sahibkarların 4-ü qadındır. “Startap” şəhadətnaməsi almış layihələr fintek, təhsil, İctimai iaşə, İKT, sənaye, turizm, biznesin rəqəmsallaşması, elektron ticarət sahələri üzrə innovativ həlləri özündə ehtiva edən mobil tətbiq və onlayn xidmətlərdir”.

Qeyd edilib ki, ümumilikdə indiyədək 215 mikro və kiçik sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib.

Mission News Theme by Compete Themes.