Press "Enter" to skip to content

FHN-də ötən həftənin xronikası – VİDEO

Fövqəladə Hallar Nazirliyi

BAYRAQDR MEDİA – Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 780 yanğına çıxış, 50 halda köməksiz vəziyyətdə qalma və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib”.

Sonra xəbərdə, “görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən həftə ərzində 10-u azyaşlı olmaqla 51 nəfər, o cümlədən dənizdə batma təhlükəsi olan 15 nəfər xilas edilib, 7 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib” deyə bildirilir.

Mission News Theme by Compete Themes.