BAYRAQDAR MEDİA – Sakaryanın Qara Dənizə çıxışı olan Kocaali rayonunda isti hava və rütubətdən əziyyət çəkənlər sahilə axışıb.
Bu barədə medyabar.com saytı məlumat yayıb.
Məlumata görə, tətilçilər və yerli sakinlər sərinləmək üçün Qara Dənizin sularına girərək üzməyə çalışıb: “Dalğalı dənizə baxmayaraq, sahildə sıxlıq müşahidə olunub. Uşaqlar qumda oynayarkən, bəzi vətəndaşlar kölgədə dincəlməyi üstün tutub”.
Məlumatda deyilir ki, proqnozlara görə, bölgədə hava temperaturunun önümüzdəki günlərdə də mövsüm normallarından yüksək olması gözlənilir. Səlahiyyətlilər dalğalı dənizlə bağlı vətəndaşları ehtiyatlı olmağa çağırıb.





