Son yeniləmə: 29 İyul 2025
BAYRAQDAR MEDİA – İraq Türkmən Cəbhəsi (ITC) Başqanı və Birləşmiş İraq Türkmənləri Cəbhəsi siyahısının rəhbəri Mehmet Seman Ağa, qarşıdan gələn parlament seçkiləri çərçivəsində ITC-nin müxtəlif seçki ittifaqları ilə iştirak edəcəyi bölgələrdə namizədləri ictimaiyyətə təqdim edib.
Bu barədə Türkmeneli TV məlumat yayıb.
Bildirilib ki, “açıqlamaya əsasən, ITC-nin namizədləri Bağdad, Diyala, Səlahəddin, Neynəva, Ərbil və Süleymaniyyə vilayətlərində seçki yarışına qatılacaq.
M.S.Ağa, bu bölgələrdə seçkilərə qatılmağın məqsədinin milli türkmən kimliyinin gücləndirilməsi və Türkmən xalqının Türkməneli coğrafiyasının hər yerində təsirli şəkildə təmsil olunması olduğunu bildirib. O, bu prosesin eyni zamanda türkmənlərin gözləntilərini və tələblərini əks etdirən məsuliyyətli və əhatəli milli vizyon əsasında formalaşdığını vurğulayıb”.





