Press "Enter" to skip to content

Laçın və Xocalıda uşaqlar üçün layihə icra olunub

Tədbirdən xatirə fotosu

BAYRAQDAR MEDİA – “Kiçik Dünya” Uşaqların Maarifləndirilməsinə Dəstək İctimai Birliyi “İşğaldan azad olunmuş Füzuli, Laçın və Xocalıda uşaqlarla görüş” layihəsinin icrasını başa çatdırıb.

2025-ci il iyulun 15-də layihə çərçivəsində Laçın rayon 2 nömrəli tam orta məktəbdə, iyulun 16-da isə Xocalı rayon Mədəniyyət Evində “Gülzar nənənin yay nağılları” adlı tədbirlər keçirilib.

İctimai Birliyin sədri Gülzar İbrahimova bildirib ki, layihənin məqsədi işğaldan azad olunmuş ərazilərdə uşaqların asudə vaxtlarının maraqlı, əyləncəli keçirilməsinə dəstək göstərmək, onların dünyagörüşlərinin artırılması istiqamətində müxtəlif fəaliyyətlər həyata keçirməkdir.

Görüşlərdə yazıçı Gülzar İbrahimovanın uşaqlar üçün yeni şeirləri səsləndirilib, müəllifin şeirlərinə bəstələnmiş mahnılar səsləndirilib, nağıllarından səhnəciklər göstərilib.
İctimai Birlik tərəfindən hazırlanan “Qədim Azərbaycan” və “Vətənimizin gözəllikləri” adlı krosvord müsabiqələri də təşkil edilib.

Sonda iştirakçılara və rayon məktəblərinin kitabxanalarına kitablar hədiyyə edilib.

Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Mission News Theme by Compete Themes.