BAYRAQDAR MEDİA – Bolqarıstanın Plovdiv Hava Limanında yanğınsöndürmə işlərinə qatılacaq macar heyətini qarşılayan Prezident Rumen Radev hökumətdən narazılıq ifadə edib.
Bu barədə Radio Bolqarıstan məlumat yayıb.
Məlumata görə, R.Şradev “Sabah hava qüvvələrimiz cəmi 1 və ya ən çox 2 Cougar və 1 Mi-17 helikopterinin dəstəyi ilə işləyəcək. Amma bu qədər kömək gələnə qədər bir çox kəndimiz yandı.” deyib.
O, ötən il qəbul edilən qərarla hökumətə havadan yanğınsöndürmə texnikasının alınması tapşırıldığını xatırladaraq deyib:“O gündən bəri məlumatsızlıq və laqeydlik nümayiş olunur.”
R.Radev, yanğınların ildən-ilə daha da artdığını və dağıdıcı hal aldığını bildirib və havadan müdaxilə imkanlarının artıq təmin edilməli olduğunu vurğulayıb.
Prezident Türkiyə və Avropa Birliyinə, sahədə çalışan yanğınsöndürənlərə, əsgərlərə və könüllülərə təşəkkürünü bildirib.





