Press "Enter" to skip to content

Səhiyyə naziri və Çin səfiri əməkdaşlığın yeni mərhələsini müzakirə edib

Səhiyyə naziri və Çin səfiri əməkdaşlığın yeni mərhələsini müzakirə edib

BAYRAQDAR MEDİA – Səhiyyə naziri Teymur Musayevlə Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Lu Mey arasında görüş keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “nazir iki ölkə rəhbərlərinin səyləri nəticəsində Azərbaycan-Çin münasibətlərinin dinamik inkişaf etdiyini vurğulayıb: “Dövlət başçılarının imzaladığı “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat” iki ölkə arasındakı münasibətləri daha yüksək səviyyəyə qaldırıb”. T.Musayev iki ölkə arasında strateji tərəfdaşlığın bir çox istiqamətləri əhatə etdiyini diqqətə çatdıraraq səhiyyə sahəsində əməkdaşlığın da bu kontekstdə xüsusi önəm daşıdığını qeyd edib”.

Ardınca xəbərdə, “L.Mey iki ölkə arasında dostluq münasibətlərinin dinamik inkişafından məmnunluğunu ifadə edərək səhiyyə sahəsində birgə təşəbbüslərin bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib. Görüş zamanı iki ölkə arasında səhiyyə sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub. Xüsusilə tibb təhsili, elmi-tədqiqat fəaliyyətləri, əczaçılıq, innovativ texnologiyaların tətbiqi və digər maraq doğuran istiqamətlərdə birgə əməkdaşlıq imkanları müzakirə edilib” deyə qeyd olunur.

Mission News Theme by Compete Themes.