BAYRAQDAR MEDİA – Bursanın Orhaneli və Harmancık rayonları arasında 3 gündür davam edən meşə yanğını havadan və qurudan müdaxilə ilə nəzarət altına alınmağa çalışılır.
Bu barədə medyabar.com saytı məlumat yayıb.
Məlumata görə geniş ərazini külə döndərən yanğının miqyası səhərin ilk işıqları ilə daha aydın görünməyə başladı. Rüzgarsız hava şəraiti bölgəni demək olar ki, dumanla örtüb.
Bildirilib ki, yanğın 26 iyul tarixində başlayıb və hələ də davam edir: “Günəş doğduqdan sonra yanğına havadan müdaxilə yenidən başladı. Helikopterlər və yanğınsöndürən təyyarələr əraziyə göndərildi. Gecə boyu fasiləsiz çalışan quru qrupları alovları nəzarət altına almaq üçün intensiv səy göstərdi. Tüstünün qalxması nəticəsində bölgədə adeta duman təbəqəsi yaranıb. Tüstü buludları dron vasitəsilə havadan görüntüləndi”.





