Press "Enter" to skip to content

TİKA-dan daha bir yaddaqalan addım

Səfərdən xatirə fotosu

Qurumun dəstəyi ilə Qırğızıstandakı Ahıska türkləri ata yurdlarını ziyarət ediblər

BAYRAQDAR MEDİA – Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Qırğızıstanda yaşayan Ahıska türklərinin Gürcüstandakı ata yurdlarını ziyarət etmələrinə dəstək verib.

Bu barədə TİKA-nın internet saytında məlumat verilib.

Məlumata görə, Qırğızıstan Ahıska Türkləri Dərnəyi və Dünya Ahıska Türkləri Birliyi (DATÜB) Qırğızıstan nümayəndəliyinin təşkil etdiyi proqram çərçivəsində 40 nəfərlik nümayəndə heyəti Gürcüstanın Ahıska bölgəsinə səfər edib: “Ziyarət zamanı Ahıska, Adigeni, Aspinza, Ahalkalaki və Ninotsminda kimi şəhər və kəndlərdəki dini və mədəni məkanlar gəzilib. Heyətdə mədəniyyət nümayəndələri, sənətçilər, musiqiçilər, alimlər və gənclər iştirak edib”.

Məlumata əsasən, səfər çərçivəsində Ahıska Universitetinə də baş çəkilərək akademik əməkdaşlıq imkanları müzakirə olunub.

TİKA bu kimi layihələrlə diaspor icmalarının kimliyini qorumağa və tarixi yaddaşı yaşatmağa dəstəyini davam etdirir.

Mission News Theme by Compete Themes.