BAYRAQDAR MEDİA – Kars Ailə və Sosial Xidmətlər İdarəsinə bağlı Halime Arslan Yıldız Uşaq Evləri Koordinasiya Mərkəzi tərəfindən himayədə olan uşaqlar üçün mini futbol turniri təşkil edilib.
Bu barədə karsmanset.com saytı məlumat yayıb.
Məlumata görə, “Uşaq evləri dostluq oyunu” adı altında keçirilən tədbirdə uşaqlar həm əyləncəli anlar yaşanıb, həm də fiziki və psixoloji baxımdan inkişaflarına töhfə verən idman fəaliyyətlərinə qatılıblar: “Turnir boyunca uşaqlar komanda ruhu, ədalətli oyun prinsipi və dostluq rəqabətini nümayiş etdiriblər”.
Məlumatda deyilir ki, rəsmi şəxslər bu cür sosial və idman tədbirlərinin uşaqların cəmiyyətə uyğunlaşması, özlərini ifadə etmələri və sağlam vətəndaşlar kimi yetişməsi baxımından önəmli olduğunu vurğulayıblar.





