BAYRAQDAR MEDİA – Kastamonunun Devrekani rayonundakı Kulaksızlar bəndində bir somon fermasına aid qəfəslərin cırılması nəticəsində minlərlə türk somonu gölə yayılıb. Bu xəbərin yayılmasından sonra çox sayda vətəndaş qamışlarını götürərək bəndin yolunu tutub.
Bu barədə igdirhaber.net saytı məlumat yayıb.
Məlumata görə, Devrekani ilə Taşköprü arasında yerləşən və 1993-cü ildə suvarma məqsədilə tikilmiş Kulaksızlar bəndində fəaliyyət göstərən bir firmanın qəfəsləri zədələnib: “Hadisədən xəbər tutan sakinlər və qonşu rayonlardan gələn balıqçılar gölə axışaraq somon balığı tutmağa başladılar. Onlar tutduqları balıqları evlərinə aparıblar. Bu fürsət sayəsində, adətən xaricə ixrac edilən bu ləzzətli balığın dadına baxmaq imkanı da yaranmış olub”.





