Press "Enter" to skip to content

Mərkəz tərəfindən səyyar xidmətlər davam etdirilir

2025-ci ildə əlilliyi olan 500-dən çox şəxsə reabilitasiya vasitələri yaşadıqları ünvanlara aparılaraq təqdim edilib

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu il əlilliyi olan 500-dən çox şəxsə ehtiyac duyduqları reabilitasiya vasitələri yaşadıqları ünvanlara aparılaraq təqdim edilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya nazirlikdən məlumat verilib.

Məlumata görə, onlara mühərrikli təkərli oturacaq, açıq və qapalı məkanda, sanitar-təchizatlı təkərli oturacaq, aşağı ətraf protezi, ortopedik və protez ayaqqabı, süd vəzi protezi, hərəkətli qaldırıcı qurğu, əsa, dirsəkaltı və qoltuqaltı ağac, dördayaqlı dayaq vasitəsi və s. olmaqla ümumilikdə 1757 reabilitasiya vasitəsi verilib.

Qeyd edək ki, ehtiyac duyduqları reabilitasiya vasitələrini almaq üçün özlərinin, yaxud yaxınlarının Bakıya, Agentliyin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə gələ bilmək imkanı olmayan əlilliyi olan şəxslərə bu vasitələr evlərinə aparılaraq təhvil verilir. Mərkəz tərəfindən bu sahədə səyyar xidmətlər qarşıdakı dövrdə də davam etdiriləcək.

Mission News Theme by Compete Themes.