BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) əməkdaşı Türkiyənin Ədirnə şəhərində keçirilən 8-ci Uşu-sanda üzrə Açıq Balkan-Avrasiya Kuboku Çempionatında uğur qazanıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “uğurlu nəticə ilə Azərbaycanı təmsil edən Azərbaycan yığma komandasının tərkibində çıxış edən əməkdaş Ruslan Şıxıyev də yarışmada 2 medal qazanıb. O, komanda yarışı üzrə gümüş, fərdi döyüşdə isə bürünc medala layiq görülüb. R.Şıxıyev 44 günlük Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərərək şərəfli döyüş yolu keçib və Prezident İlham Əliyevin sərəncamlarına əsasən “Vətən müharibəsi iştirakçısı”, “Suqovuşanın azadlığı uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib”.
Yeniyetmələr, gənclər və böyüklər arasında keçirilən yarışlarda Azərbaycan idmançıları ümumilikdə 8 qızıl, 7 gümüş və 11 bürünc medal qazanaraq yarışları uğurla başa vurublar.





