BAYRAQDAR MEDİA – Türk Havacılıq və Kosmos Sənayesi (TUSAŞ) tərəfindən hazırlanan yerli və milli qırıcı təyyarə KAANın İndoneziyaya 48 ədəd satışını əhatə edən müqavilə böyük təntənə ilə imzalanıb.
Bu barədə Türkiyənin Müdafiə Sənayesi Nazirliyinin məlumatında qeyd edilib. saytı məlumat yayıb.
Məlumata görə, mərasimdə çıxış edən Prof. Dr. Haluk Görgün Cümhurbaşqanı Recep Tayyip Erdoğama təşəkkür edərək deyib:“Bu tarixi ana birgə şahidlik etdiyimiz üçün minnətdaram. Həm həyəcanlı, həm də qürurluyuq. Sayın Cümhurbaşqanımız Recep Tayyip Erdoğana və İndoneziya Prezidenti cənab Prabowo Subiantonun liderliyi və güclü iradəsi ilə bu əməkdaşlığı həyata keçirməkdən böyük qürur və sevinc duyuruq.”
Qeyd edilib ki, 11 iyun 2025 tarixində İndoneziya Müdafiə Nazirliyi ilə imzalanmış “Dövlətdən-dövlətə (G2G) təchizat müqaviləsi” çərçivəsində razılaşdırılmış texniki əlavələri əhatə edən kommersiya müqaviləsi də rəsmiləşdirilib. Türkiyə bu əməkdaşlıq çərçivəsində İndoneziyada qurulacaq sənaye infrastrukturunu dəstəkləməyə və iki ölkə arasında həm istehsal, həm də mühəndislik sahələrində əməkdaşlığı artırmağa davam edəcək.





