BAYRAQDAR MEDİA – ADY-nin Bakı Beynəlxalq Dəniz Limanında 2025-ci ilin 6 ayında 3,9 milyon tondan artıq yük aşırılıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya ADY-dən məlumat verilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrünün göstəricisindən 6,3 faiz çoxdur.
Məlumatda deyilir ki, 2025-ci ilin birinci yarısında limanda aşırılmış TEU konteyner (20 fut ekvivalenti) sayı isə 53 mini ötərək 2024-cü ilin analoji dövrünün göstəricisini 71,8 faiz üstələyib.





