Press "Enter" to skip to content

Anadolu Universitetindən yeni tələbələr üçün açıqlama 

Anadolu Universiteti

Son yeniləmə: 8 Avqust 2025

BAYRAQDAR MEDİA – Anadolu Universiteti Gözəl Sənətlər Fakültəsi (GSF), 40 illik akademik təcrübəsi, orijinal təhsil yanaşması və beynəlxalq uğurları ilə Eskişehirdən bütün dünyaya sənətçi yetişdirir.

Bu barədə universitetdən verilən məluamtda qeyd edilib.

Məlumatda deyilir ki, yenilənmiş infrastrukturu, xarici ölkələrdə təhsil mübadiləsi imkanları və layihə mərkəzli təhsili ilə GSF, Türkiyədə sənət təhsili sahəsində mühüm mövqeyə sahibdir: “Fakültə çap sənətləri, şüşə, animasiya, qrafika, heykəl, rəsm və keramika sahələrini əhatə edən geniş ixtisas seçimi ilə fərqlənir.

Tələbələrə tətbiqi və yaradıcı fəaliyyət imkanları ilə yanaşı, yan ixtisas, ikili diplom və Erasmus proqramları vasitəsilə beynəlxalq akademik təcrübə də qazandırılır. Fakültə məzunları bir çox milli və beynəlxalq müsabiqələrdə mükafatlar almış, animasiya, film və vizual sənətlər sahəsində qlobal uğurlara imza atmışlar”.

Mission News Theme by Compete Themes.