Press "Enter" to skip to content

Bu təşəbbüs hər iki ölkənin maraqlarına cavab verir

Görüş zamanı

BAYRAQDAR MEDİA – “Orta Dəhliz kimi tanınan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafı da böyük əhəmiyyət daşıyır. Bu təşəbbüs hər iki ölkənin maraqlarına cavab verir”.

Bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayev Türkiyəyə səfəri zamanı deyib.

Qazaxıstan dövlət başçısı bildirib ki, Qazaxıstan dəmir yolunun modernləşdirilməsini, avtomobil yollarının tikintisini və Xəzər dənizində gəmiçiliyin fəallaşdırılması üçün infrastrukturun yenilənməsini həyata keçirir.
“Türkiyəli investorları bu layihələrdə fəal iştirak üçün dəvət edirik. Hökumətimiz türk sahibkarları üçün xüsusi güzəştlər təqdim etməyə hazırdır, – deyə Prezident bəyan edib.

Xatırladaq ki, Qazaxıstanın Prezidenti Qasım-Jomar Toqayev iyulun 29-da Türkiyəyə rəsmi səfər edib. Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğam Ankarada qazaxıstanlı həmkarını Cümhurbaşqanlığında rəsmi mərasimlə qarşılayıb.

İki dövlət başçısı Türkiyə-Qazaxıstan strateji tərəfdaşlığının daha da gücləndirilməsinə dair məsələləri müzakirə ediblər.

Mission News Theme by Compete Themes.