BAYRAQDAR MEDİA – İğdır Valiliyinin təşəbbüsü və Ailə İli çərçivəsində həyata keçirilən “Evlilik və ailə məktəbi layihəsi” çərçivəsində Evci kənd orta məktəbinin həyətində açıq hava kinoseansı təşkil edilib.
Bu barədə igdirhaber.net saytı məlumat yayıb.
Məlumata görə, İğdır Universiteti ANLAŞMER və Sağlamlıq Elmləri Fakültəsinin koordinasiyası ilə keçirilən tədbirə kənd sakinləri böyük maraq göstərib: “Ailə və Sosial Xidmətlər İdarəsi, Təhsil İdarəsi, Gənclər və İdman İdarəsi və İğdır Kitab Klubu da layihəyə dəstək verib. Təxminən 200 nəfərin qatıldığı tədbirdə uşaqlar və böyüklər birgə film izləyərək ailə bağlarını möhkəmləndiriblər”.









