Press "Enter" to skip to content

KAAN və KIZILELMA-ya GÖKBORA dəstəyi -VİDEO

GÖKBORA hava-hava raketi

BAYRAQDAR MEDİA – IDEF 2025 Beynəlxalq Müdafiə Sənayesi Sərgisində jurnalistlərin suallarını cavablandıran ROKETSAN-ın baş direktoru Murat İkinci, hazırlanma mərhələsində olan GÖKBORA hava-hava raketinə dair texniki detalları açıqlayıb. O, raketin KAAN və KIZILELMA ilə inteqrasiya şəklində istifadə olunacağını bildirib.

Bu barədə savunmasanayist.com saytı məlumat yayıb.

Məlumata görə, Murat İkinci GÖKBORA-nın xüsusilə görüş sahəsi xaricində hava döyüşləri üçün nəzərdə tutulduğunu vurğulayıb:“GÖKBORA raketi, əslində, hava döyüşlərində bizə görüşdən kənarda hədəfə kilidlənmə və onu məhv etmə imkanı verən raket olacaq. GÖKBORA-nın əsas fəlsəfəsi odur ki, KAAN və KIZILELMA-nın daxili silah bölməsindən buraxıla bilən və uzaqmənzilli, görüşdən kənar hədəfi vura bilən bir raketə sahib olaq. Amma GÖKBORA yalnız görüşdən kənar hədəfləri vurmaq qabiliyyəti ilə məhdudlaşmır.”

M.İkinci əlavə edib ki, raketin üzərində çoxsaylı sensorlar yerləşdirilib və bu sensor infrastrukturu döyüş meydanındakı müxtəlif sistemlərlə inteqrasiya oluna bilir:“Əslində, GÖKBORA-nın üzərində bir çox sensor yerləşir. Bildiyiniz kimi, bizim hava məkanında fərqli imkanlarımız mövcuddur. Yalnız döyüş təyyarələri ilə məhdudlaşmır. Digər bütün sensorlardan və infrastrukturdan istifadə edə biləcək şəkildə dizayn edilən bu sistem, GÖKBORA-nın öldürücülüyünü, dəqiqliyini və ‘kill probability’ – hədəfi məhv etmə ehtimalını maksimum səviyyəyə çatdırmaq məqsədilə optimallaşdırılır. Ona görə də biz düşünürük ki, bu raket Hava Qüvvələrimiz və SİHA-larımız üçün çox güclü bir çəkindirici təsir yaradacaq.”

Məlumata görə, GÖKBORA həm insanlı, həm də insansız döyüş təyyarələrində istifadə olunacaq və düşmən hədəflərinə qarşı bitirici rol oynayacaq. 100 dəniz milini (təxminən 185 km) aşan uçuş məsafəsi və inkişaf etmiş idarəetmə sistemləri ilə GÖKBORA, Türkiyə Hərbi Hava Qüvvələrinin ən güclü hücum vasitələrindən biri olmağa namizəddir.

Mission News Theme by Compete Themes.