Press "Enter" to skip to content

Prezidentlərin görüşündə KKTC məsələsi də müzakirə edilib

KKTC

Recep Tayyip Erdoğan: Qasım-Jomart Toqayevlə birlikdə qəbul etdiyimiz ortaq bəyanatda Kıbrıs türklərinin bərabər və təbii hüquqlarına hörmət göstərilməsinin vacibliyini xüsusilə müzakirə etdik

BAYRAQDAR MEDİA– Xəbər verdiyimiz kimi Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayev Türkiyəyə səfər edib. Səfərdə bir sıra vacib məsələlər müzakirə edilib. Eyni zamanda iki dövlət başçısı Kuzey Kıbrıs Türk Cümhuriyyəti ilə bağlı məsələni də müzakirə edib.

Bu barədə Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan Qazaxıstan Prezidenti ilə keçirdiyi birgə mətbuat konfransında bəyan edib: “Türk dünyasının ayrılmaz və əsas parçası olan Kıbrıs türkləri ilə həmrəyliyimizi gücləndirməyə davam edirik. Az öncə cənab Qasım-Jomart Toqayevlə birlikdə qəbul etdiyimiz ortaq bəyanatda Kıbrıs türklərinin bərabər və təbii hüquqlarına hörmət göstərilməsinin vacibliyini xüsusilə müzakirə etdik.”

R.T.Erdoğan Doğu Akdenizdən Türküstanın ən ucqar guşələrinədək uzanan geniş coğrafiyada “Dildə, fikirdə, işdə birlik” şüarı ilə hərəkət etdiklərini vurğulayıb: “İstər ikitərəfli münasibətlər çərçivəsində, istərsə də ailə məclisimiz olan Türk Dövlətləri Təşkilatı daxilində türk dünyasının güclənməsi üçün birlikdə çalışırıq.”

R.T.Erdoğan, Qazaxıstanın 2026-cı ildə Türküstanda keçiriləcək Türk Dövlətləri Təşkilatının Qeyri-rəsmi Zirvəsinə ev sahibliyi edəcəyindən məmnunluq duyduğunu da deyib.

Mission News Theme by Compete Themes.