BAYRAQDAR MEDİA – 2025-ci ilin yanvar-iyun aylarında fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 40 min 922 vahid və ya 1,93 faiz artaraq 2 milyon 155 min vahiddən çox olub.
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Məlumata görə, qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 7 min 245, fiziki şəxslər üzrə 31 min 526, torpaq mülkiyyətçiləri üzrə isə 2 min 151 vahid artıb.





