Press "Enter" to skip to content

Tranzit daşımalarının həcmi sabit dinamika nümayiş etdirir 

Tədbir zamanı

BAYRAQDAR MEDİA – Azərbaycanla Türkmənistan enerji üzrə işbirliyinin genişləndirilməsi baxımından böyük potensiala malikdir. Enerjinin ixracı ilə bağlı infrastrukturu inkişaf etmiş Azərbaycan qarşılıqlı faydalı əməkdaşlıq mexanizmlərinin müzakirəsinə hazırdır.

Bu barədə Azərbaycan Respublikası ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasında bəyan edilib.

Qeyd edilib ki Türkmənistanla “Şərq–Qərb” nəqliyyat dəhlizinin canlandırılması və Orta dəhlizin səmərəliyinin artırılması üzrə əməkdaşlıq da xüsusi rol oynayır. İki ölkə arasında tranzit daşımalarının həcmi son illərdə sabit dinamika nümayiş etdirir. Ötən ilin yekunlarına görə, bu göstərici 2 milyon tonu, bu ilin ilk yarısında isə 1 milyon tonu keçib.

Mission News Theme by Compete Themes.