Press "Enter" to skip to content

Uşaq evi sakinləri üçün yay istirahəti təşkil olunub

Uşaq evi sakinləri üçün yay istirahəti təşkil olunub

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) 2 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri üçün yay istirahəti təşkil edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “istirahət proqramı uşaqların yay aylarında asudə vaxtlarının səmərəli keçirilməsi, sosial bacarıqlarının inkişafı və psixoloji rifahlarının dəstəklənməsi məqsədi daşıyıb. Tədbir çərçivəsində uşaqlar maraqlı və inkişafyönümlü fəaliyyətlərə cəlb olunublar. Eyni zamanda, maarifləndirici oyunlar, əyləncəli yarışlar, yaradıcı məşğələlər və ekskursiyalar müəssisə sakinlərinə unudulmaz anlar yaşadıb”.

Bu cür tədbirlər xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası baxımından xüsusi əhəmiyyətə malikdir.

Mission News Theme by Compete Themes.