Press "Enter" to skip to content

“Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşlər

BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarovdördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Təbriz Əmmayev və Toğrul Yaqublu ilə mentorluq proqramı çərçivəsində növbəti görüşlərini keçirib.

Bu barədə BAYRAQDAR MEDİA-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, “görüşlərdə qaliblərin peşəkar karyera məqsədləri və inkişaf planları müzakirə edilib, şəxsi və peşəkar inkişafla bağlı sualları cavablandırılıb. Mentorluq proqramı çərçivəsində atılacaq növbəti addımlar müzakirə edilib”.

Məlumata görə, iqtisadiyyat naziri qaliblərə bilik və bacarıqlarının artırılması, potensiallarının reallaşdırılması ilə bağlı tövsiyələrini verib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Mission News Theme by Compete Themes.