BAYRAQDAR MEDİA – Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlər üçün “Payız gəlmədən endirimi gəldi!” adlı yeni kampaniyaya başlayıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “endirim kampaniyasından yararlanmaq üçün onlayn bilet alışı zamanı “FLY25” promokodundan istifadə etmək kifayətdir. Aksiyanın şərtlərinə əsasən sərnişinlər 3 avqust 2025-ci il tarixinə kimi AZAL-ın beynəlxalq reyslərinə aviabiletləri 25 faizədək endirimlə aviaşirkətin rəsmi veb-saytından və ya mobil tətbiqindən əldə edə bilərlər”.
Sonra xəbərdə, “təklif 23 sentyabr – 25 dekabr tarixləri arasında həyata keçiriləcək uçuşlara şamil olunur. Bu müddət ərzində sərnişinlər AZAL-ın Avropa, Asiya və Yaxın Şərq regionlarını əhatə edən 40-dan çox beynəlxalq istiqamətinə endirimli şərtlərlə səyahət etmək imkanı əldə edəcəklər. Endirim AZAL-ın müntəzəm beynəlxalq uçuşlarında ekonom və biznes sinif tariflərinə tətbiq olunur, vergi və yığımları əhatə etmir. Kampaniya kodşerinq, çarter və ölkədaxili reyslərə şamil edilmir. Qeyd edək ki, endirimli yerlərin sayı məhduddur”.





